18 Fevral, 2011
Vaşinqton İran rejimini sarsıdır, Moskva çevrilişdən qorxur

Yaxın Şərq və Şimali Afrikanı bürümüş siyasi burulğan dünyanın nəhəng dövlətlərini ciddi problem qarşısında qoyur.

ABŞ nümayişçilərin demokratiya tələbləri ilə Amerikanın strateji maraqlarını balanslaşdırmağa çalışır, Rusiya isə radikal çağırışlardan qorunur. Beləliklə, icmalçılar düşünür ki, Tehranda rejimin dəyişməsi Rusiya üçün qaçılmaz sonluqlarla nəticələnə bilər.

Bütün ərəb dünyasında xalq qəzəbi tüğyan etdiyi bir vaxtda bir neçə həftə ərzində İranda sakitlik hökm sürdü. Ancaq “Berliner Zeitung”un yazıdığına görə, həftənin əvvəlində yüz minlərlə iranlılar nümayişə çıxdılar: “Dəyənək zərbələri və gözyaşardıcı qazların təsirinə baxmayaraq iranlılar tunislilər və misirlilərin əldə etdiyi azadlığı tələb edirdilər. Bu, 2009-cu ildə yatırılmış nümayişlərdən sonra bu ölkədə baş verən ən böyük nümayiş idi". İranın həm ölkə, həm də dini liderləri beyan etdilər ki, Misirdə baş verən hadisələr 1979-cu il İran islam inqilabının törəməsidir: "İran müxalifəti də özü üçün şans gördü: İranda prezidentliyə eks-namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi Tunis və Misir xalqı ilə həmrəylik əlaməti olaraq Tehranın mərkəzində nümayişlərin keçirilməsini bəyan etdilər. İran rəhbərliyi dərhal nümayişin keçirilməsini qadağan etdi və eks-namizədləri ev dustağı etdi".

Baxmayaraq ki, Əhmədinejad İran İnqilabı müdafiəçilərinə, “Basic” hərbiləşmiş dəstəyə və kasıb xalq kütləsinə güvənir, respublikada iqtisadi vəziyyət heç də yaxşı haldan xəbər vermir. İşsizliyin və inflyasiyanın səviyyəsi qalxır və hər 4 iranlıdan biri kasıblıq içərisində yaşayır.
Özünün Londona səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici dövlətləri Mahmud Əhmədinejadın radikal xarakter daşıyan rəqiblərini məsləhətlərlə dəstəkləməkdən saqındırmağa çalışdı. “Der Tagesspiegel”də yayımlanan məqalədə göstərilir ki, bunu etməyə isə Hillari Klintonun İran xalqını Misir və Tunis xalqından nümunə götürmək çağırışı səbəb oldu.

“Tehranda rejimin dəyişməsindən qorxan Moskva İslam respublikasını cəzalandırmaq üçün yeni sanksiyaların tətbiq edilməsinə qarşı çıxır”,- deyə məqalədə göstərilir: “Lavrov deyir ki, onlar İran iqtisadiyyatını “boğacaqlar”, cəzasını isə xalq çəkməli olacaq. Bununla belə Rusiya-İran münasibətini çətin ki, təmiz hesab etmək olar. Moskva qorxur ki, İran kimi bir ölkə də qeyri-leqal olaraq nüvə ölkələri klubuna qoşulsun və İranın müqaviməti üzündən Xəzər dənizinin zəngin neftinin və qazının xoşluqla bölünməsi məsələsi illərlə yerində saysın”. Moskva ehtiyatla İranın Xəzər regionunda nəhəng dövlət rolunu oynamaq cəhdini izləyir hansı ki, özü bu statusun iddiasındadır. Məqalənin müəllifi yazır ki, rejimin dəyişməsi isə Rusiya üçün qaçılmaz nəticələnə bilər. Əgər hakimiyyətə amerikapərəst qüvvələr gəlsə, Rusiya nöqteyi-nəzərindən gec və ya tez Moskvanın regiondakı təsiri sıfıra düşə bilər.

Dünya mətbuatı, o cümlədən ərəb ölkələrində baş verən hadisələri qabaqcadan nə dərəcədə görmək mümkün olduğunu yazır. “Ötən ilin avqustunda ABŞ pezidenti Barak Obama öz müşavirlərinə ərəb dünyasında qeyri-stabil vəziyyət haqqında hesabat yazmağı tapşırdı və onlar da belə bir nəticəyə gəldilər ki, Bəhreyindən Yəmənə kimi olan ölkədə xalqlar qiyam qaldırmaq dərəcəsindədirlər”, - deyə “The New York Times” yazır. Administrasiya məmurlarının yazdığına görə, Presidential Study Directive adlanan bu hesabat mümkün ola bilən qaynar nöqtələri, əsasən də Misiri göstərirdi. Məmurlar təsdiq edir ki, artıq bu sənəddə göstərilirdi ki, Amerika maraqlarını hansı formada nümayişçilərin demokratik tələbləri ilə balanslaşdıra və qeyri-stabillikdən qaça bilər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!