18 Fevral, 2011
“Eurovision 2011” təmsilçilərimiz bu gecə Ukraynaya yola düşür
Nigar Camal və Eldar Qasımov

Nigar Camal və Eldar Qasımov Ukraynaya gedirlər.

ANS PRESS-in məlumatına görə, ölkəmizi “Eurovision-2011” mahnı müsabiqəsində təmsil etmək hüququ qazanan duet ortaqları Nigar Camal və Eldar Qasımov bu gecə vətəni tərk edir. Təmsilçilər hər il olduğu kimi, müsabiqə öncəsi Ukraynada hazırlıq prosesi keçəcək.

Azərbaycan təmsilçilərini Dyüsseldorf şəhərində keçiriləcək "Eurovision 2011"in səhnəsində çıxışa ukraynalı mütəxəssislər hazırlayacaq. Azərbaycanı indiyədək “Eurovision”da təmsil etmiş Elnur Hüseynov və Samir Cavadzadə, Aysel Teymurzadə və Araş duetlərini və eləcə də Səfurə Əlizadəni də müsabiqəyə Ukraynanın “Luxen” şirkəti hazırlamışdı. Eldar və Nigar dueti ilə də məhz bu şirkət məşğul olacaq.

Elgar və Nigar müsabiqənin keçiriləcəyi tarixədək xüsusi vokal, rəqs, performans dərsləri alacaqlar. Hazırlıq dövründə onların ifa edəcəyi mahnı da müəyyənləşəcək. Daha sonra həmin mahnıya uyğun geyim və rəqs nömrəsi hazırlanacaq.

Qeyd edək ki, “Eurovision 2011” mahnı müsabiqəsi Almaniyanın Dyüsselford şəhərində keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!