18 Fevral, 2011
Gənclər Təşkilatları Milli Şurasının 15 illiyi qeyd olunub

Gənclər Təşkilatları Milli Şurasının yaranmasının 15 illiyi münasibətilə tədbir keçirilib.

Tədbiri açan Milli Şuranın sədri Fuad Muradov bildirib ki, şuranın həyata keçirdiyi layihələr, proqramlar əsasən gənclərə və cəmiyyətdə onları narahat edən məsələlərin həllinə yönəlib. O, qurumun beynəlxalq təşkilatlardakı fəaliyyətinə də toxunub: “Milli Şura ölkə prezidenti İlham Əliyevin siyasətinə sadiq qalaraq bu istiqamətdə Azərbaycan reallıqlarını beynəlxalq aləmə çatdırır”.

Sonra Milli Şuranın tarixi və fəaliyyətini əks etdirən filmin qısa versiyası nümayiş olunub. Filmdən sonra baş nazirin müavini Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev çıxış edərək şuranın fəaliyyətini təqdir ediblər.

Mərasimdə İslam Konfransı Gənclər Forumunun və Avropa Gənclər Forumunun təbrik məktubu oxunub. Şura üzvlərindən bir qismi və quruma üzv olan təşkilatlar, o cümlədən mətbuat orqanları 15 illik yubiley münasibətilə mükafata layiq görülüblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!