18 Fevral, 2011
Yaxın vaxtlarda Azərbaycanla ABŞ arasında məsləhətləşmələr keçiriləcək

ABŞ Cənub dəhlizi layihəsini dəstəkləyir. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deyib.

O, səfirliyin də bu layihənin həyata keçirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib: “Layihə Azərbaycana Avropa ilə daha yaxın əlaqələr qurmaq, Avropaya isə təbii qaz nəqlini müxtəlifləşdirmək imkanı verəcək”.

ABŞ-la Azərbaycan arasında bu ilin əvvəlinə planlaşdırılmış məsləhətləşmələrə toxunan M. Brayza bu məsləhətləşmələrin yaxın vaxtlarda baş tutacağını və bunun ikitərəfli əlaqələrin perspektivi baxımından önəmli olduğunu vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!