18 Fevral, 2011
Azərbaycan prezidenti İranın informasiya texnologiyaları və kommunikasiya nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev İranın informasiya texnologiyaları və kommunikasiya naziri Reza Tağıpur Ənvərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, nazir Reza Tağıpur Ənvəri İran dövlət başçısının ölkəmizə son səfəri zamanı göstərilən yüksək diqqətə və qonaqpərvərliyə görə Azərbaycan prezidentinə minnətdarlıq etməyi prezident Mahmud Əhmədinejadın ona şəxsən tapşırdığını deyib. Nazir bildirdi ki, İran Prezidenti əmindir ki, belə yüksək səviyyəli qarşılıqlı səfərlər ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsi işinə xidmət edəcək. Reza Tağıpur Ənvəri İran Prezidenti Mahmud Əhmədinejadın məktubunu Azərbaycan dövlət başçısına təqdim edib.

Prezident İ. Əliyev M. Əhmədinejadın Azərbaycana səfərinin uğurlu olduğunu və yaxşı nəticələr verdiyini deyib.

Dövlət başçısı M. Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!