22 Noyabr, 2013
LG televizorları yoxlanacaq

LG televizorlarında olan “izləmə” şikayəti səbəbindən LG şirkəti bununla bağlı araşdırma başladıb. Simsar.az BBC-yə istinadən xəbər verir ki, “ağıllı televizorların” şəxsi məlumatları serverlərə ötürməsi haqqında britaniyalı İT-məsləhətçi Ceyson Hantli bildirib. Bu məlumatı o öz televizorunda “izləməni” aşkarladıqdan sonra yayıb. Ceyson hesab edir ki, hər kanal dəyişildiyində serverə kanal haqqında məlumat göndərilir. Həmçinin televizora qoşulan USB-flash kartların içində olan məlumatlar serverə şifrələnmədən göndərilir. Xatırladaq ki, LG-nin 2012-ci ildə reklamçılara təqdim etdiyi Smart Ad adlı televizor modeli platforma vasitəsiylə istifadəçilərin nəyi bəyənməsini və onların yaş və cinslərini təyin etmək üçün nəzərdə tutlmuşdu.


Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!