17 Fevral, 2011
Hansı ölkədə dilənçilik qadağan olundu?

Kilsə bu qərara təəssüf edir.

Simsar.az xəbər portalı EPA-ya istinadən bildir ki, Avstriya parlamenti ölkədə dilənçiliyi qadağan edən qanun qəbul edib.

Avstriya Katolik Xəbərlər Agentliyi bu sənəddən çox narazı qaldığını bildirib.
"Ölkədə yoxsulluqda yaşayan insanlar var. Yeni qanun isə onların həyatlarını daha da ağırlaşdıracaq", - keşiş Volfqanq Puxer deyib.

Onun fikrincə, parlamentin mövqeyi insana sevgi və humanizm kimi hisslərə ziddir.
Parlament deputatları isə hesab edirlər ki, yoxsullar və aztəminatlı insanlar dilənçilik etmək əvəzinə işləməlidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!