22 Noyabr, 2013
Samsung şirkəti 290 milyon dollar cərimələnib

Kaliforniya məhkəməsi Samsung şirkətini Apple şirkətinin patentlərini pozmaqda ittiham edir. Simsar.az Agence France Presse-ə istinadən xəbər verir ki, Samsung şirkəti Apple-a 290 milyon dollar ödəməlidir. Apple şirkəti isə bildirib ki, onlar məbləğin 380 milyon dollar olacağını düşünürdülər.
Apple hesab edir ki, Samsung 26 məhsuldan 13-ü Apple-ın patentləşmiş texnologiyasını yamsılayıblar.

İttihamlarla razılaşmayan Samsung apellasiya vermək fikrindədir. Qeyd edək ki, dünyanın iki böyük smartfon istehsalçıları arasında 2010-cu ildən bəri “patent müharibəsi” gedir. 2012-ci ildə Samsung eyni səbəbdən Apple şirkətinə 405 milyon dollar dəyərində kompensasiya ödəməli idi. Hazırda Samsung-un ödəməli olacağı ümumi məbləğ 930 milyon təşkil edir.


Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!