17 Fevral, 2011
ABŞ səfiri Metyu Brayza Azərbaycanın media qurumlarının rəhbərləri ilə görüşüb

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Metyu Brayza ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb.

Görüşdə televiziya kanallarının, informasiya agentliklərinin və qəzetlərin rəhbərləri, o cümlədən “APA Group”un baş direktoru Vüsalə Mahirqızı görüşdə iştirak edib.

Səfir Metyu Brayza Bakıya qayıtmağa şad olduğunu bildirib və qeyd edib ki, Azərbaycan kütləvi informasiya vasitələri ilə məhsuldar əməkdaşlığı davam etdirəcəyinə ümidvardır.

Qeyd edək ki, bu gün Metyu Brayza etimadnaməsini Azərbaycan prezidenti İlham Əliyevə təqdim edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!