17 Fevral, 2011
MOK-un inzibati binasında təmirə başlanılıb

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında təmir işlərinə başlanılıb.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin Simsar.az-a verdiyi məlumata görə, təmir işləri nəticəsində binanın daxili və xarici görkəmi dəyişəcək. Eyni zamanda qurumun əməkdaşları daha rahat şəraitdə çalışacaqlar: “Bura xaricdən tez-tez yüksək rütbəli qonaqlar gəlirlər. Biz də onları qəbul edirik. Binanı tikəndə kompüter, internet şəbəkəsi nəzərdə tutulmamışdı. İndi isə bütün otaqlarda bu şəbəkə qurulacaq. Bina 10 il əvvəl tikilib. 10 ildə bir dəfə əl gəzdirmək lazımdır, ya yox?” 


Hüseynzadə təmir işlərinin 3-4 ay çəkəcəyini bildirib.

Qeyd edək ki, MOK-un inzibati binası 2001-ci il martın 27-də istifadəyə verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!