21 Noyabr, 2013
“Samsung” televizorları liderliyini davam etdirir

Simsar.az xəbər verir ki, Cənubi Koreyanın “Samsung Electronics şirkəti hələ də dünya televizorlar bazarında lider olaraq qalır. Belə ki, “DisplaySearch” analitik şirkətinin məlumatına görə, 2013-cü ilin iyul-sentyabrında dünya üzrə düzpanelli televizorların ümumi satış həcminin 25,5 faizi bu istehsalçının payına düşüb.
Bununla yanaşı, qeyd olunur ki, üçüncü rübün yekunları üzrə “Samsung”un bazarın əsas seqmentlərində - maye-kristal, “LED”, plazma və “3D TV” televizorlar seqmentində payı müvafiq olaraq 24,1, 24,3, 47,5 və 28 faiz təşkil edib. Regional baxımdan ən yaxşı satış həcmi televizor satışının 3,5 və 1,3 faiz artdığı Şimali Amerika və Çində qeydə alınıb.
Ekspertlər “Samsung”un ardıcıl 31 rüb ən iri televizor istehsalçıları reytinqinə başçılıq etməsini xüsusilə vurğulayır.
Koreya istehsalçısının cari ilin yekunları üzrə televizor bazarının lideri olacağı gözlənilir ki, bu da ardıcıl səkkizinci dəfə olacaq.
Digər Cənubi Koreya təmsilçisi “LG Electronics” şirkəti reytinqdə ikinciliyini qoruyur. Üçüncü rübdə “LG”-nin dünya televizorlar bazarında payı 14,7 faizə bərabər olub. Sonrakı yerdə 7,5 faizlik payla Yaponiyanın “Sony” korporasiyası qərarlaşıb.

Aysel Kərimova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!