21 Noyabr, 2013
Şirkət rəhbərliyində - DƏYİŞİKLİK

“Acer” şirkətinin Direktorlar Şurası yüksək rəhbərlikdə yerdəyişmələrin aparılmasını açıqlayıb.

Simsar.az-ın məlumatına görə, noyabrın əvvəlində qeyri-qənaətbəxş iş nəticələri ilə əlaqədar olaraq şirkət, Direktorlar Şurasının rəhbəri Cey Ti Vanqı istefaya göndərməyə məcbur olub. 1 yanvar 2014-cü ildən etibarən onun yerinə Cim Vonqun təyin olunacağı bildirilib.

Hazırda Direktorlar Şurası “Acer” yaradıcısı Sten Şini idarə heyətinin sədri və müvəqqəti korporativ prezident vəzifəsinə təyin edib və o, həmin gündən səlahiyyətlərinin icrasına başlayıb.

Bundan başqa, şirkət icraçı direktor vəzifəsindən imtina etdiyini elan edib. Müvafiq vəzifə səlahiyyətlərini indi şirkətin idarə heyətinin sədri və prezidenti Sten Şi icra edəcək. Bununla paralel şirkətin daimi prezidenti vəzifəsinə namizəd axtarışı həyata keçiriləcək.

2009-cu ildə “Acer” fərdi kompüterlərin tədarük həcminə görə liderlərdən biri olmaqla yalnız “Hewlett-Packard” (HP) şirkətindən geri qalıb. Hazırda Asiya istehsalçısı liderlər üçlüyündə yer almayıb. “Gartner” analitiklərinin məlumatına görə, üçüncü rübdə “Acer” satış üçün 6,7 milyon kompüter tədarük edib ki, bu da bir il əvvəlin göstəricisindən 22,5 faiz azdır.

Aysel Kərimova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!