21 Noyabr, 2013
Google universal media oxucu təqdim etdi

Google şirkəti Android platforması üçün Google Play Newsstand adlı proqramı təqdim edib. Newsstand vasitəsiylə müxtəlif jurnal, qəzet, bloq və xəbər saytlarından məlumatları oxumaq olacaq. Proqrama 1900 nəşr öz materiallarını təqdim edir. Bəzilərini pulsuz, bəzilərini isə- məsələn The Financial Times yaxud The Wall Street Journal kimi nəşrləri isə ödənişlə oxumaq olar. Səhifədən çıxmadan xəbərə aid illüstrasiya və videolara baxmaq olar.

Qeyd edək ki, eyni adlı proqram İOS 7 sistemində artıq mövcüddur.


Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!