17 Fevral, 2011
“Terror təhlükəsi ilə bağlı... məsələ çox ciddidir”

Metyu Brayza: “Azərbaycan hökumətinin antikorrupsiya sahəsində təşəbbüsünü dəstəkləyirik”

“Biz Azərbaycan hökumətinin antikorrupsiya sahəsində təşəbbüsünü dəstəkləyirik. Bu təşəbbüsü davam etdirmək və dərinləşdirmək üçün ABŞ Azərbaycana dəstək verməyə hazırdır”.

APA-nın xəbərinə görə, bunu bu gün keçirdiyi brifinqdə ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Metyu Brayza bildirib.

Səfir bu gün Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə bir sıra məsələlər, o cümlədə Azərbaycanda terror təhlükəsi ehtimalı barədə müzakirələr apardığını deyib: “Bu görüş dostluq və səmimiyyət şəraitində keçdi. Biz terror ehtimalı ilə bağlı məlumat verən mənbəni açıqlamırıq. Amma əgər terror təhlükəsi ilə bağlı ikinci dəfə xəbərdarlıq etmişiksə, bu o deməkdir ki, məsələ çox ciddidir. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan hökumətinin bu məsələ ilə bağlı bizə göstərdiyi dəstəkdən çox məmnunuq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!