21 Noyabr, 2013
“Winamp” layihəsi bağlanacaq

AOL korporasiyası 20 dekabr, 2013-cü ildə “Winamp” musiqi layihəsini ləvğ edəcək. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, musiqi layihəsinin həm səhifəsi həm də layihə ilə bağlı bütün məlumatlar bağlanacaq. “Winamp”ın baş direktoru Cino Yohem müsahibə zamanı layihənin bağlanacağını təsdiqləyib. Bu gün “Winamp”ın son versiyası 5.66-dır. Qeyd edək ki, pleyer ilk dəfə 1997-ci ildə təqdim olunmuşdu. Onu tələbələr Castin Frenkel və Dmitri Boldirov yaratmışdılar. Daha sonra Frenkel pleyeri istehsal edəcək Nullsoft şirkətini yaradır. 1999-cu ildə Nullsoft şirkəti AOL korporasiyasını 80 milyon dollara alır.

Qeyd edək ki, layihənin bağlanması haqqında söhbətlər hələ 2004-cü ildən gəzirdi.


Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!