21 Noyabr, 2013
“Boeing”ın səs yazıcısı tapılıb

Kazanda qəza törədən “Boeing-737” təyyarəsinin səs yazıcısı tapılıb.

Simsar.az İTAR-TASS-a istinadən xəbər verir ki, aşkarlanan səs yazıcı Moskvaya ekspertizaya göndərilib. Bir müddət əvvəl qəza zamanı səs yazıcının "qara qutu"dan kənara uçduğu və bu səbəbdən axtarışlarının çətinləşdiyi deyilirdi. Hazırda İstintaq Komitəsi ekipajla dispetçer arasında olan söhbətin lentini araşdırır.İlkin məlumatlarda

“Boeing-737”in qəza törədməsinə beş səbəbin olduğu ehtimal edilirdi: texniki nasazlıq, ağır hava şəraiti, pilot səhvi, yer xidmətlərinin işində nasazlıq, keyfiyyətsiz yanacaq. Beynəlxalq Aviasiya Komitəsi “qara qutunun” ilkin araşdırmalarından sonra qərara gəlib ki, təyyarədə heç bir texniki nasazlıq olmayıb.

Xatırladaq ki, “Boeing-737” təyyarəsi “Domodedovo” hava limanından çıxıb, Kazan hava limanında qəzaya uğrayıb. Təyyarədə olan 44 sərnişin və 6 ekipaj üzvü həlak olublar. 


Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!