19 Noyabr, 2013
Google qanunsuz izləməyə görə ziyana düşdü

Google şirkəti izlənməyə görə Safari internet-brauzer istifadəçilərinə 17 milyon dəyərində kompensasiya ödəyəcək. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, istifadəçilər Google şirkətini “cookie” fayllarda dəyişiklik etməkdə və bununla da şəxsi məlumatları izləməkdə ittiham ediblər. Bu cür izləmə əməliyyatı ən çox aktivlik olan səhifələrdə reklam yerləşdirmək məqsəd ilə tərtib olunmuşdu. Nyu-York ştatının baş müvəkkili Erik Şnayder deyib : “İstifadəçilər izləmə haqqında bilməlidilər. Onların buna haqqı var. Milyonlarla insanı gizlində izləməklə Google həm öz gizlilik qanununu həmdə özünə qarşı olan inamı qırdı”. Bundan öncə də Google eyni səbəbdən 22 milyon dollar kompensasiya ödəmişdi.


Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!