17 Fevral, 2011
“Bloomberg” Azərbaycan prezidenti ilə əlaqə saxlamayıb

Bu il fevralın 16-da “Bloomberg” agentliyi bir məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin foto şəklini yerləşdirib.

Fotoşəkilin alt yazısında isə “Azərbaycan dünyanın dördüncü ən böyük qaz ehtiyatlarının sahibi Türkmənistandan hələ konkret təklif gözləyir... Biz Türkmənistan qazının ötürülməsini təmin etməyə hazırıq” sözlərinin telefonla Əliyev soyadlı şəxs tərəfindən deyildiyi iddia edilir. 

Əslində belə təqdimat bu sitatın şəkildə göstərilən şəxsə, yəni Azərbaycan Prezidenti İlham Əliyevə aid olması haqqında fikir formalaşdırılır.

Agentliyimizin bununla bağlı sorğusuna cavab olaraq, Prezidentin Mətbuat Xidmətindən bildirilib ki, “Bloomberg” agentliyi Azərbaycan Prezidenti ilə əlaqə saxlamayıb: “Bu cür təhrif olunmuş faktlar oxucular arasında yanlış təəssüratın yaranmasına və qeyri-obyektiv informasiyanın yayılmasına səbəb olur”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!