19 Noyabr, 2013
“Yahoo!” söz verdi

“Yahoo!” şirkəti istifadəçilərin məlumatlarını qorumaq üçün şifrənləmədən istifadə edəcək. Simsar.az xəbər verir ki, bu barədə şirkətinin baş direktoru Melissa Mayerin imzası olan sənəddə deyilir. Mayer bildirib ki, 2014-cü ilin birinci rübündə şirkətin bütün “data center”ləri arasında göndərilən məlumatların hamısı şifrələnəcək. Həmçinin “Yahoo!” poçt istifadəçiləri də bu sistemdən yararlana biləcəklər. Hazırda “Yahoo!” qoruma üçün SSL-dən istifadə edir. Əlavə qorunma sistemləri KİV-lərdə MTA-nın izlənmə əməliyyatları haqqında xəbərlərin yayılmasından sonra tədbiq olunub.

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!