17 Fevral, 2011
Viktor Yuşşenkonun qudasını öldürüblər

Kiyevdə Dövlət Vergi Administrasiyasının keçmiş yüksək vəzifəli əməkdaşı İqor Qonçarı öldürüblər.

İqor Qonçar Ukraynanın sabiq prezidenti Viktor Yuşşenkonun qudası olub. 

İqor Qonçarın oğlu Mixail Vitalina Yuşşenkonun keçmiş əridir. Hadisə keçən ilin dekabrında baş verib. Amma milis hadisə barəsində məlumatın yayılmamasında maraqlı olub. İqor Qonçarı qonşuları öldürülən günün səhəri tapıblar. Kiyevin Mayakovski prospektindəki evinin mətbəxində yerə uzanmış İqor Qonçarın yanında mətbəx bıçağı olub.

Ekspertiza bildirib ki, İqor Qonçar boğazının kəsilməsi və başından aldığı zərbə nəticəsində həyatını itirib. Qarət versiyası istisna olunur. Çünki evdəki bütün qiymətli əşyalar, o cümlədən pul yerində qalıb. Növbəti gün hüquq-mühafizə orqanları İqor Qonçarın 44 yaşlı dostunu saxlayıb. Dəlillər İqor Qonçarı bu şəxsin öldürdüyünü göstərir.

Milisdən bildirilib ki, bu şəxs İqor Qonçarın evinə qonaq gəlib, mətbəxdə əyləşərək içki içiblər. Daha sonra bu iki şəxs arasında mübahisə başlayıb və əlbəyaxa olublar. İqor Qonçarın dostu mətbəx bıçağını götürüb və İqor Qonçarın boğazına çəkib. O, həmin an həyatını itirib.

Xatırladaq ki, İqor Qonçar əvvəllər Vergi Administrasiyasında spirti içkilər və tütün məlumatlarının dövriyyəsinə nəzarət departamentinin rəhbəri olub. 2008-ci ildə o, alkoqollu içki satışan görə lizensiya vermək üçün 20 min dollar rüşvət alarkən yaxalanıb. Axtarış zamanı İqor Qonçarın evindən 400 min dollar da aşkarlanıb və o, bu pulları haradan aldığını izah edə bilməyib.

İqor Qonçarın oğlu Mixail Viktor Yuşşenkonun qızı Vitalinanın əri olub və onların Yarina-Dominika Yuşşenko-Qonçar adlı qızları var. Ancaq bir müddət sonra cütlük ayrılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!