17 Fevral, 2011
Əsgərimiz yaralandı

Ermənilərin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev APA-ya bildirib ki, hadisə bu gün səhər saat 08:15 radələrində Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında qeydə alınıb. Ermənistan silahlı birləşmələrinin açdığı atəş nəticəsində 1991-ci il təvəllüdlü əsgər Vüsət Vasif oğlu Bilalov döş qəfəsindən yaralanıb. Əsgər hospitala yerləşdirilib.

V. Bilalov 2010-cu ilin yanvar ayında Şamaxı Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!