16 Noyabr, 2013
Evlənmək üçün futbol oyunu biletlərini satdı

Simsar.az İTAR-TASS-a istinadən xəbər verir ki, ABŞ-ın Missuri ştatında qeyri-adi razılaşma baş verib. Kanzas-Siti-dən olan bir qadın almaz qaşlı nişan üzüyünü futbol biletinə dəyişib. “Kanzas- Siti Çifs” komandasının oyunlarına fəsillik bileti olan Rasti Cons həmin biletləri qadına almaz qaşlı üzük müqabilində verib. Consun bileti dəyişməkdə məqsədi evlənmək təkli etmək istədiyi sevgilisinə üzük vermək olub. Zərgərlik dükanında mübadiləsi baş tutan üzüyün qiyməti 3100 dollar olub. Çarəsiz bilet sahibi bu qiymətlə razılaşıb və yanvar-fevral aylarında keçiriləcək oyunların biletlərini verib.
Üzüyü satan qadın bildirib ki, üzük ona keçmiş ərindən qalıb. Üzüyün müqabilində aldığı biletləri isə o hazırki ərinə hədiyyə edəcək.


Mələk Abbaszadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!