15 Noyabr, 2013
Kişiləri lənətləyən zinət əşyası – VİDEO + FOTO

Zinət əşyasını taxmazdan əvvəl iki dəfə düşünün!

Əgər siz kiməsə ziynət əşyası almaq fikrindəsinizsə bu haqda bir qədər düşünsəniz yaxşı olar. Sən demə bəzi zinət əşyaları lənətlənib. Simsar.az xəbər verir ki, Ümid (Hope) və Qara Orlov (Black Orlov) almazları lənətlənib. Məşhur Ümid (Hope) almazının çəkisi 45 karat təşkil edir, qiyməti isə 200 milyon dollardır. Bütün bu keyfiyyətləri onun lənətləndiyi gerçəyini dəyişmir. Belə ki, Fransa Kralı 16-cı Lüi və Mariya Antuanetta bu almazı əldə etdikdən sonra ikisinin də 1790-ci ildə başları kəsilib. 1800-cü ildə Hope ailəsi həmin almazı alır. Sonradan maliyyə çətinlikləri yaşayan ailə almazı satmağa məcbur olur. Evelin Maklin adlı amerikalı qadın 1911-ci ildə almazı alır və 1919-cu ildə onun 9 yaşlı oğlu avtomobil qəzasında həlak olur. Buna baxmayaraq Maklin ömrünün sonunadək almazı üzərində gəzdirir. Nəhayət 1958-ci ildə almazı Smitson muzeyi əldə edib.
Başqa bir lənətlənmiş zinət əşyası da Qara Orlov (Black Orlov) almazıdır. Həmin almaz isə Hindistanda olan Hindu Büt heykəlindən qopardılıb və o zamandan bəri lənətlənib. Almazın “Orlov” adlandırılması 1940-cı illərdə bu almazı alan və sonra özünü öldürən rus şahzadəsi ilə bağlıdır. 186 karatlıq Koh-i-Noor adlı almaz yalnız kişiləri lənətləyir. Bu almaz onu taxan hər kişini lənətləsə də qadınlara öz təsirini göstərmir. 1800-cü ildə həmin almaz Böyük Britaniya Zinətlərinin bir hissəsi olub. Onu yalnız qadınlar taxa bilərdi.


Mələk Abbaszadə





Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!