17 Fevral, 2011
Əsgərimiz gülləyə tuş gəlib

Döş qəfəsindən yaralanan Bilalov Vüsət hospitala yerləşdirilib

Azərbaycan Milli Ordusunun əsgəri Ermənistan silahlı qüvvələrinin açdığı gülləyə tuş gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayevin ANS Press-ə verdiyi məlumata görə, bu gün səhər saat 08:15 radələrində 1991-ci il təvəllüdlü əsgər Vüsət Vasif oğlu Bilalov Tərtər rayonunun Qızıloba kəndi yağınlığında ermənilərin açdığı atəş nəticəsində döş qəfəsindən yaralanıb.
Əsgər dərhal hospitala yerləşdirilib.

Qeyd edək ki, əsgər Vüsət Bilalov 2010-cu ilin yanvar ayında Şamaxı rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!