15 Noyabr, 2013
Google məhkəmə iznini aldı

Rəqəmlənmə vasitəsiylə yaradılan elektron kitabxana fəaliyyətini davam etdirəcək.

Simsar.az İTAR-TASS-a istinadən xəbər verir ki, Google Books elektron kitabxanası 2005-ci ildə bəzi kitab müəllifləri tərəfindən müəllif hüquqlarının pozulması maddəsi ilə ittiham olunurdu. Lakin Nyu-York məhkəməsinin hakimi Denni Çin Amerika Yazıçılar Gildiyasının tələblərini rədd etdi. Gildiyanı ABŞ-ın və Avropanın bəzi kitab satan şirkətləridə dəstəkləyirdi. 2008-ci ildə tərəflər razılığa gəlmişdilər. Razılığa görə Google şirkəti Yazıçılar Gildiyasına 125 milyon dollar ödəməli idi və həmin pullar kitabları elektron kitabxanada yerləşdirilmiş müəlliflərin arasında bölünməli idi. Lakin 2011-ci ildə məhkəmə bunu qəbul etmədi. İndi isə məhkəmə ümumiyyətlə tələbləri rədd edib və deyib ki, Google ictimai maraqlara cavab verir. Elektron kitabxana tələbələrə, müəllimlərə, araşdırmaçılara və digər şəxslərə lazım olan məlumatı asanlıqla tapmağa kömək edir. Yazıçılar Gildiyasının direktoru Pol Ayken isə məhkəmənin qərarından narazı olduğunu və appelyasiyaya verəcəyini deyib.

Qeyd edək ki, cari ilin aprelində Google bildirmişdi ki, 30 milyondan çox kitab skan olunub və kitabxanaya yerləşdirilib. Həmçinin əgər kitab müəllif hüquqları tərəfindən qorunursa həmin kitab bütov təqdim olunmur yalnız bir neçə səhifəsi istifadəçiyə təqdim olunur.


Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!