17 Fevral, 2011
Ermənilərin kütləvi həbsi

ABŞ polisi Kaliforniya ştatının cənubunda “Erməni Gücü” (“Armenian Power”) cinayətkar qruplaşmasının 99 erməni üzvünü həbs edib.

Simsar.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə prokuror Tom Mrojek məlumat verib. 

Əməliyyatda Kaliforniya ştatının və federal polisin yüz əməkdaşı iştirak edib. Həbslər Qlendel şəhərində Şərqi Hollivudda aparılıb. Cinayətkar qruplaşmanın üzvləri reket, qətl, oğurluq, dələduzluq və digər cinayətlərdə günahlandırılırlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!