14 Noyabr, 2013
Narıncı almaz inanılmaz qiymətə satıldı

Dünyanın ən böyük narıncı almazı İsveçrədə rekord qiymətə satılıb. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, Sosebi auksionunda biri 59.60, digəri isə 14.82 karat olan almazlar alıcılara təqdim olunub. İsveçrədə baş tutan auksionda əvvəlcə 14.82 karatlıq almaz satışa çıxarılıb. Adı açıqlanmayan alıcı təqribi qiyməti 20 milyon dollar elan edilən armudabənzər almaza 35.54 milyon dollar ödəyib. Beləliklə narıncı almaz bu günə qədər bir karatına düşən dəyər hesabı ilə ən bahalı qiymətə satılan almaz olub. Dünən isə 59.60 karatlıq çəhrayı almaz satışa çıxarılıb. “Çəhrayı ulduz” (The Pink Star) adı verilən almazın ilkin dəyəri 60 milyon dollar olaraq qiymətləndirilib.

Qeyd edək ki, çəhrayı və narıncı almzalardan sonra ən bahalı almazlar “Oval” (30. 60 milyon dollar) və Vinston mirası adlanan “Winston legacy” (26.73 milyon dollar) almazlarıdır.

Ülviyyə Cövdətqızı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!