14 Noyabr, 2013
Facebook şifrənizi dərhal dəyişin

Hakerlər 150 milyondan çox Adobe istifadəçisin şifrələrini oğurladıqdan sonra sıra Facebook-a gəlib. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, Adobe-un təhlükəsizlik sisteminin zəyif olması səbəbindən hakerlər istifadəçilərin şifrələrini ələ keçirmişdilər. Bundan sonra Adobe öz istifadəçilərinə şifrələrini dəyişməyi məsləhət görmüşdü. Lakin iş burasındadır ki, hakerlər Adobe sistemində qoyulan şifrələri Facebook sistemində yoxlamağa başlayıblar. Facebook-un təhlükə sistemi nə qədər güclü olsa da şifrələri bilən hakerlər qarşısında acizdir. Əgər siz Adobe sistemində qoyduğunuz şifrədən Facebook-da da istifadə edirsinizsə şifrənizi dərhal dəyişin.

Mələk Abbaszadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!