14 Noyabr, 2013
Qonşuları onunla içmədi, polisə şikayət etdi

ABŞ-ın Florida ştatının sakini iki dəfə polisə zəng vuraraq qonşularından şikayət edib. Maraqlısı odur ki, qonşuları onunla birgə içməkdən imtina etdikləri üçün o polisə zəng edib. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, şikayət zəngindən sonra polislər şikayətçi Ceyms Kolinsin evinə gəliblər. Onun evinə gələn polislər ona izah ediblər ki, bu şikayət onlara aid deyil onlar heç nə edə bilməzlər. Lakin verilən məlumata görə, Kolins heç nə başa düşməyib və yenədə polisə zəng vuraraq şikayət edib. Polis onu həbs etmək qərarına gəlib. Kolinsin həbs olunduğu gün 56 yaşı tamam olub. KİV-lər məlumat verirlər ki, ABŞ-da ən çox qəliz şikayət və müraciətlər Florida ştatında olur. Floridanı “ən qəribə ştat” adlandırırlar.


Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!