17 Fevral, 2011
Kəngərlinin Qıvraq qəsəbəsində Heydər Əliyev mərkəzi inşa edilir

Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, tikinti-quruculuq tədbirlərinin davamı olaraq cari ildə rayonun Qıvraq qəsəbəsində ulu öndər Heydər Əliyev mərkəzi inşa edilir.

İnşaat işlərini “Gəmiqaya” MMC həyata keçirir. 902 kvadratmetr ərazini əhatə edən mərkəz iki mərtəbədən ibarət olacaqdır. Binanın birinci mərtəbəsində lektoriyaların keçirilməsi üçün auditoriyalar, qonaq otağı, yeməkxana, 302 yerlik iclas zalı və başqa otaqlar olacaqdır. İkinci mərtəbədə isə burada çalışanlar üçün 8 otaq ayrılacaqdır.

Hazırda binanın təməli qoyulur, torpaq işləri görülür. İnşaat meydançasında kifayət qədər texnika və işçi qüvvəsi çalışır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!