13 Noyabr, 2013
Sevgidən dağlara düşdülər

Məcnunun məhəbbəti XXI əsrdə gerçək olub. Belə ki, ABŞ-da evlənməyə qərar verən cütlük evlilik mərasimini qeyri-adi bir məkanda yerdən 915metr yüksəklikdə gerçəkləşdirib. Simsar.az xəbər verir ki, cütlüyün məqsədi bütün dünyaya ölüm onları ayırana qədər bir yerdə olacaqlarını göstərmək olub. Dağa çıxmaq üçün heç bir təcrübəsi olmayan cütlük ailələrinin və tanışlarının iştirakı olmadan dağın başında evlənməyə qərar veriblər. Daha sonra cütlük Yosemite Milli Parkındakı məşhur “İtmiş Ox Çıxıntısı” adlı qayalıqda şəkillər çəkdiriblər. Onların “love story”-si alpinist olan fotoqraf Ben Horton tərəfindən hazırlanıb. Nəticədə 915 metr yüksəklikdə çəkilən və alternativi olmayan fotolar ortaya çıxıb.

Ülviyyə Cövdətqızı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!