17 Fevral, 2011
Fransa XİN: Dağlıq Qarabağ Azərbaycanın lap mərkəzində yerləşən işğal edilmiş ərazidir

ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın Xarici İşlər Nazirliyinin rəsmi saytında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair sənəd yerləşdirilmişdir.

http://www.diplomatie.gouv.fr/fr/conseils-aux-voyageurs_909/pays_12191/azerbaidjan_12204/index.html
Sənəddə Dağlıq Qarabağ bölgəsi Azərbaycanın işğal edilmiş ərazisi adlandırılır.

Sənəddə qeyd edilir ki, əhalisinin əksəriyyəti ermənilər olan Dağlıq Qarabağ Azərbaycanın lap mərkəzində yerləşir və Azərbaycan ərazisinin təqribən 20 faizi işğal edilmişdir. Azərbaycanın Ermənistanla həmsərhəd rayonları da işğal edilmiş ərazilər adlandırılır. Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili siyasət məsələsi, regionda həll edilməmiş münaqişə isə Ermənistanla münaqişə kimi göstərilmişdir.

Fransa XİN-i öz vətəndaşlarına Dağlıq Qarabağa və onun ətrafındakı yeddi rayona səfər etməməyi məsləhət görür, onları işğal edilmiş adlandırır və xəbərdarlıq edir ki, əgər bu bölgəyə səfər edən şəxsin pasportunda Dağlıq Qarabağın faktiki (seçilmiş yox!) hakimiyyət orqanları tərəfindən verilmiş qondarma “viza” (dırnaq işarəsi sənəddə göstərilmişdir) vardırsa Azərbaycan ərazisinə daxil olmaq mümkün deyildir.

Xatırladaq ki, Fransada böyük erməni diasporu yaşayır, lakin gördüyümüz kimi hüquq statistikanı üstələyir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!