17 Fevral, 2011
Azərbaycan ilə Niderland Krallığı arasında təhsil əlaqələrinin inkişaf perspektivləri müzakirə edilmişdir

Fevralın 16-da təhsil naziri Misir Mərdanov Niderland Krallığının Azərbaycandakı səfiri Arjen Uijterlinde ilə görüşmüşdür.

Təhsil Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə M.Mərdanov Azərbaycan ilə Niderland Krallığı arasında əlaqələrin əhəmiyyətini vurğulamış, təhsil sahəsindəki əməkdaşlığın perspektiv istiqamətlərindən danışmışdır.

Təhsil sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan Arjen Uijterlinde müasir dünyada tibb, kənd təsərrüfatı və biznesin idarə edilməsi istiqamətlərinin inkişaf etdiyini xatırladaraq, bu sahələrdə əməkdaşlıq təklifi irəli sürmüşdür.

O, eyni zamanda, təmsil etdiyi ölkədə təhsil sahəsi üzrə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində görülən işləri də diqqətə çatdırmışdır.

Sonra hər iki ölkənin ali təhsil müəssisələri arasında elmi-tədqiqat sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılmışdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!