17 Fevral, 2011
Yəmən paytaxtında polis universiteti mühasirəyə alıb

İcazəsiz aksiyaların qarşısını almaq üçün Yəmən paytaxtı Sənanın küçələrinə iki min polis əməkdaşı çıxarılıb.

Simsar.az-ın “Associated Press”ə istinadən xəbərinə görə, polis tələbələrin nümayişlərdə iştirakının qarşısını almaq üçün paytaxtdakı mərkəzi universitetin giriş-çıxış qapılarını bağlayıb.

Məlumata görə, universitetin ərazisində hazırda minlərlə tələbə var.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!