17 Fevral, 2011
Səudiyyə Ərəbistanı Bəhreynə qoşun yeridib

İran kütləvi informasiya vasitələri Səudiyyə Ərəbistanının Bəhreynə qoşun yeritməsi haqqında xəbər yayıb.

Simsar.az-ın İranın ABNA agentliyinə istinadən xəbərinə görə, minlərlə Səudiyyə əsgəri “demokratik müxalifət hərəkatını yatırmaq üçün” Bəhreynə yeridilib.

Səudiyyə Ərəbistanı ilə Bəhreyni birləşdirən Kral Fəhd körpüsü mülki vətəndaşların üzünə qapadılıb. Bundan sonra körpüdən Səudiyyə ordusunun hərbi texnikası keçib. İran KİV-i bunu sübut edən fotolar da yayımlayıb.

İranın “Press TV” kanalı isə Bəhreyn xalqının hakim əl-Xəlifə klanına nifrət etdiyini bəyan edib: “Səudiyyə Ərəbistanı kralının dəstəyi olmasaydı, əl-Xəlifə ölkəni çoxdan tərk etmişdi”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!