17 Fevral, 2011
Bolqarıstanın mədəniyyət naziri Bakıda "Mədəniyyətlərarası dialoq" forumunda iştirak edəcək

Bolqarıstanın mədəniyyət naziri Vejdi Rəşidov aprelin 7-9-da Azərbaycanın paytaxtında keçiriləcək Ümumdünya "Mədəniyyətlərarası dialoq" forumunun işində iştirak edəcək.

Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Bolqarıstandakı səfirliyindən bildiriblər.

Qarşıdakı səfər nazir Rəşidin Azərbaycana ilk səfəri olacaq.

"Forumda iştirakla yanaşı, bolqar nazirin Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü də planlaşdırılır", - səfirlikdən deyiblər. Bu görüş çərçivəsində mədəniyyət sahəsində əməkdaşlıq haqqında ikitərəfli hökumətlərarası sazişin imzalanması gözlənilir.

Səfirliyin məlumatına görə, çərşənbə axşamı Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimovun mədəniyyət naziri ilə görüşü olub. Söhbət zamanı mədəniyyət sahəsində ikitərəfli münasibətlər, eləcə də nazirin Azərbayacana qarşıdakı səfərinin təfərrüatları müzakirə edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!