16 Fevral, 2011
Sumqayıtda AXCP-nin 20-yə yaxın gənc üzvü saxlanılıb

Sumqayıtda Azərbaycan Xalq Cəbhəsi Partiyasının 20-yə yaxın üzvü saxlanılıb.

Bu barədə Trend-ə AXCP-nin sədr müavini Nurəddin Məmmədli məlumat verib. Onun sözlərinə görə, məhkəmə prosesindən sonra 50-yə yaxın cəbhəçi gənc Azərbaycanın himnini oxumağa başlayıblar. Bu zaman polislər həmin gəncləri saxlayıb. Nurəddin Məmmədli qeyd edib ki, saxlanılanlar arasında “Azadlıq” qəzetinin jurnalisti Seymur Həziyev də var.

Sumqayıt şəhər Polis İdarəsindən məlumatı dəqiqləşdirmək mümkün olmayıb.

Sumqayıt şəhər Apelyasiya Məhkəməsində bu gün AXCP-nin Gənclər Təşkilatının üzvü Cabbar Savalanın məhkəmə prosesi keçirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!