11 Noyabr, 2013
Supermen oğlu Betmen tutuldu - FOTO

Simsar.az Agence France Presse-ə istinadən xəbər verir ki, Sinqapur məhkəməsi Betmen bin Supermen (Betmen Supermen oğlu) adlı şəxsi oğurluqda, narkotik saxlanılmasında və qanunsuz olaraq yaşayış yerinə daxil olmaqda ittiham edir. 23 yaşlı işsiz şəxs 3 illik həbs cəzası alıb. Onun qanun pozuntuları müşahidə kameraları tərəfindən dəfələrlə qeydə alınıb. Betmen Supermen oğlu barəsində verilən qərar haqqında heç nə demir. Qeyri adi adın ona valideynləri tərəfindən verilməsi yaxud özünün bu adı seçməsi haqqında xəbər verilmir, lakin yerli internet-istifadəçilər ona pərəstiş edir və onun adı ilə bağlı zarafatlar edirlər. 

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!