11 Noyabr, 2013
12 barmağı olduğundan iş tapa bilmir - FOTO

48 yaşlı Hindistan vətəndaşı Vicey Sinxin qeyri adi əlləri ona iş tapmağa mane olur. 12 barmaqlı hindistanlı kompüterdə dəqiqədə 100 söz yaza bilir. Amma öz ölkəsində o stenoqrafçı işləyə bilmir. Simsar.az Metro-ya istinadən xəbər verir ki, o 50-dən çox şirkətə müraciət etsə də iş tapa bilmir. Sinx deyib ki, bütün şirkətlər işə gözəl qadınları götürmək istəyirlər və onları professional lakin yüngül görünüş qüsürları olan şəxslər maraqlandırmır.

Sinxi “qüsurlu” adlandırmaq çox da düzgün deyil çünki o bütün 12 barmağından çox rahat istifadə edə bilir halbuki bu cür qüsuru olan insanlar adətən son barmaqlarını işlədə bilmirlər. Polidaktiliya qüsurlu Sinx Hindistanda iş tapa bilmədiyindən Böyük Britaniyaya üz tutmaq fikrindədir.

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!