8 Noyabr, 2013
Koloradoda maral tramplinə çıxıb - VİDEO

Simsar.az ABC-yə istinadən xəbər verir ki, Koloradoda tramplina çıxan maral orada ilişib qalıb. Qreq və Şona Çeyz cütlüyü evlərinin yaxınlığında yerləşən tramplinin üstünə maralın çıxdığını görüblər. Tramplinin ətrafına dəmir tor çəkildiyindən maral ora girib lakin çıxmağa yol tapmayıb. Amma videonun müəllifi Qreq belə hesab etmir. O deyib : “Mən əminiydim ki o çıxmaq üçün yolu bilir. Maraqlıdır ki, o özü ora girmək istədi. Diyəsən o əylənmək istəyirdi”.
Bağlı şəraitə düşən maral çıxış yolu axtarmağa başladı. Onun çəkisinə dözməyən tramplin çırıldı və maral çıxa bildi. Heyvan heç bir travma almayıb.


Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!