7 Noyabr, 2013
Napoleonun vəsiyyəti satıldı – 357 min avro

Fransada keçirilən hərracda Napoleon Bonapartın vəsiyyətnaməsinin yeganə surəti 357 min avroya satılıb. Simsar.az lenta.ru-ya istinadən xəbər verir ki, surət Druout hərrac evinin qoyduğu qiymətdən iki dəfə bahasına satılıb. Alıcı bildirib ki, vəsiyyətnaməni açıqda qoymayacaq. O bunu öz kolleksiyası üçün alıb. Adının gizlin saxlanılmasını istəyən şəxs barədə yalnız o məlumdur ki o fransızdır. Napoleonun öz əli ilə yazılan vəsiyyətnamə isə hazırda Fransa Milli arxivində, Parisdə saxlanılır. Vəsiyyətnamənin surətini notarius çıxarıb. 16 aprel 1821-ci il tarixində yazılan sənəddə, Napoleon onu Senanın sahilində bastırmaqlarını istəyib. Var-dövlətinin yarısını onunla birgə döyüşlərdə iştirak edən fransız ordusunun zabitlərinə bağışlayıb.

Qeyd edək ki, 1815-ci ildə fransızlar və ingilislər arasında baş verən Vaterlou döyüşündə məğlubiyyətdən sonra Napoleon Müqəddəs Yelena adasına sürgün edilib. Elə həmin adada 5 may 1821-ci il tarixində o vəfat edib. Ölümündən sonra vəsiyyətnaməyə əsasən onun bədəni Fransaya gətirilib. İmperatorun külü Sena sahilində yerləşən əlil insanlar üçün evdə basdırılıb.


Mələk Abbaszadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!