7 Noyabr, 2013
Facebook “like”ı dəyişdi

Facebook sosial şəbəkəsinin dizaynında bir sıra dəyişikliklər olub. Facebook-da Like (“Bəyənmək”) və Share (“Bölüşmək”) düymələri dəyişib. Düymələrin əsas fonu tünd göy rəngdə olub. “Like” düyməsi isə əvvəl baş barmaq qaldıran əl idisə indi Facebook-un loqotipi onun yerini tutub. Baş barmaq qaldıran əl isə “Like” düyməsinin üzərində olan kvadratın içində olacaq və ümumi “Bəyəndim”lərin sayını göstərəcək. Eyni dəyişikliklər “Share” düyməsində də olacaq. Dəyişikliklər tədricən aparılacaq.

Qeyd edək ki, ilk dəfə 2009-cu ildə təqdim olunan “Like” düyməsi heç vaxt dizaynını dəyişməmişdi. Gün ərzində istifadəçilər bu düymələri təxminən 22 milyard dəfə görürlər.


Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!