7 Noyabr, 2013
Ev heyvanları üçün mikrofon 250 min dollar yığdı - VİDEO

Kickstar saytının yığdığı vəsait 250 min dollardan çox olub. Vəsait “Petcube” adlı uzaq məsafədən heyvanlarla ünsiyyət qurmağa imkan verən cihaz əslində 100 min dollar yığmalı idi. Simsar.az Forbes-a istinadən xəbər verir ki, “Kubun” yaradıcıları ukraynalı yaradıcılar Aleksandr Neskin, Yaroslav Ajnyuk və Andrey Klendır. Alüminium materialdan olan kubun kənarının uzunluğu 10 sm-dir. Kubun bir üzü qara şüşə ilə bağlanıb. Cihazın içində mikrofon, dinamik, geniş əhatəli kamera və lazerli işarə verən var. Kub Wi-Fi-ya qoşulduqda istifadəçi uzaqda olsa belə cihazdan istifadə edə bilər, yəni öz heyvanı ilə danışa bilər. “Petcube”-un köməkliyi ilə istifadəçi heyvanı çağıra bilər, onun səsini eşidə, şəklini, videosunu çəkə,onunla lazerli işarə vasitəsiylə oynaya bilər. Çəkilən video və şəkilləri sosial şəbəkələrdə yerləşdirmək olar. Bir ailənin bütün üzvləri eyni “Petcube”-a qoşula bilər. Proyekt 1758 nəfər tərəfindən dəstəklənib. Yığılan vəsaitlər “Petcube”-un istehsalına xərclənəcək. Cihazın satışı 2014-cü ilin may ayında başlayacaq. Cihazın qiyməti 199 dollardır. Hazırda “PetBot”-un istehsalı üçün vəsait yığımı davam edir. Bu vasitə isə heyvanın şəklini çəkə və ona yem verə bilər. 


Mələk Abbaszadə




Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!