16 Fevral, 2011
Ərdoğanın ayaqqabılı girdiyi yerdə Abdullah Gül ayaqqabısını çıxartdı

İranda rəsmi səfərdə olan Türkiyə prezidenti Abdullah Gül dini lider ayətullah Seyid Əli Xamaneyinin qəbuluna ayaqqabısız girib.

Simsar.Az xəbər portalının məlumatına görə, Türkiyə mətbuatı bu nüansla əlaqədar Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 2009-cu ildə İrana səfəri ilə indiki səfər arasında müqayisə aparıb. Belə ki, o vaxt İranda olan Rəcəb Tayyib Ərdoğan da dini liderin qəbulunda olmuşdu. Amma o ayaqqabılarını çıxarmamışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!