16 Fevral, 2011
Azərbaycan prezidenti “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” sazişinin təsdiq edilməsi barədə qanunu təsdiqləyib

Azərbaycan prezidenti İlham Əliyev “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” sazişinin təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

Saziş 2010-cu il noyabrın 18-də Bakıda imzalanıb. 

Saziş çərçivəsində 5 Xəzəryanı dövlət – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan terrorçuluq, mütəşəkkil cinayətkarlıq, silah-sursatın və narkotik vasitələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, brakonyerlik, insan alveri və qanunsuz miqrasiya ilə mübarizədə, həmçinin dəniz gəmiçiliyinin və üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!