16 Fevral, 2011
Gömrük Komitəsi rüşvətdən imtina etdiyini faktla sübut edir

Komitə avtomobil idxalı ilə bağlı şəffaflığı qorumaq üçün kalkulyator tərtib edərək saytında yerləşdirdi

Dövlət Gömrük Komitəsi Azərbaycan ərazisinə idxal edilən yüngül minik nəqliyyat vasitələrinə şamil olunan gömrük ödənişlərinin hesablanması qaydalarına əsasən kalkulyator tərtib edib. Bu hesablayıcı kalkulyator Komitənin rəsmi saytında yerləşdirilib. Kalkulyatorda avtomobilin istehsal olunduğu ölkə, göndərən ölkə, avtomobilin gömrük dəyəri, mühərrikin işçi həcmi, avtomobilin statusu, həmçinin dolların məzənnəsini qeyd edərək, hesabla düyməsini basmaq lazımdır. Kalkulyatora bu link http://www.customs.gov.az/addons/calc/calc.php vasitəsilə baxmaq olar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!