16 Fevral, 2011
“Azərpoçt”un 170 məntəqəsi “Western ” pulköçürmə sisteminə qoşulub

ASC-nin 1600 məntəqəsindən 1200-ü on-line sistemlə müştərilərə pulköçürmə xidməti göstərəcək

Novruz bayramına qədər “Azərpoçt” ASC-nin 170 məntəqəsi “Western ” pulköçürmə sisteminə qoşulacaq. Simsar.az-ın məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin poçt sektorunun rəisi Novruz Məmmədov “Western ”la əməkdaşlıq sazişinin imzalanması mərasimində belə deyib. Onun sözlərinə görə, hazırda 70-ə yaxın şöbə bu xidmətləri göstərir, Novruz bayramına qədər daha 100 şöbə sözügedən sistemə qoşulacaq. 


Novruz Məmmədov deyib ki, “Western ” vasitəsilə pulköçürmələr həm milli, həm də xarici valyutada aparılacaq. Onun sözlərinə görə, hazırda Azərbaycanda 45 bankın 600-ə yaxın məntəqəsi fəaliyyət göstərir: “Azərpoçt”un isə ölkə üzrə fəaliyyət göstərən 1600 məntəqəsindən on-line sistemə qoşulmuş 1200 məntəqəsi “Western ” xidməti göstərəcək.


“Western ”un Şərqi Avropa və MDB ölkələri üzrə regional vitse-prezidenti Conatan Knaus isə deyib ki, təmsil etdiyi şirkət 160 illik təcrübəyə malikdir. Onun sözlərinə görə, “Western ” dünya üzrə 90 poçt müəssisəsi ilə əməkdaşlıq edir: “Şirkətimiz etibarlı və daha çox müştərilər üçün sərfəli olan xidmət göstərir. Ötən il “Western ” üçün uğurlu olub. Dünya üzrə pulköçürmələrin 70 faizi “Western ” vasitəsilə aparılıb. İnanıram ki, Azərbaycanda yeni tərəfdaşımızla imzaladığımız razılaşma üzrə əməkdaşlıq uzunmüddətli və hər iki tərəf üçün səmərəli olacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!