4 Noyabr, 2013
Azərbaycanda electron arayışların verilməsinə başlanıldı

“Elektron hökumət" (www.e-gov.az) portalında yeni xidmətlər istifadəyə verilib. Simsar.az xəbər verir ki, yeni xidmət göndərilmiş arayışları əldə etməyin və onları müvafiq quruma təqdim etməyin qısa yolunu göstərir. 

Belə ki, "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" və "Portal üzərindən verilən arayışların yoxlanılması" adlı elektron xidmətlərdən istifadə etməklə istifadəçi öz məlumatlarını istənilən ünvana göndərə biləcək. Belə ki, istifadəçi "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidmətinə daxil olduqda ekranda istifadəçinin "FİN"-ə uyğun fərdi məlumatları əks olunur.

"Portal üzərindən verilən arayışların yoxlanılması" xidmətindən istifadə etmək üçün "PDF" formatında olan elektron müraciətin ştrix kodu təqdim olunan boş xanaya əlavə edilir. Nəticədə ekranda istifadəçiyə aid fərdi məlumatlar əks olunur.

Qeyd edək ki, həmin məlumatları kompüterdə yadda saxlamaq üçün "PDF" düyməsindən istifadə etdikdən sonra elektron poçt vasitəsilə e-mail şəklində istənilən ünvana göndərmək mümkündür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!