4 Noyabr, 2013
Gözəllik yoxsa risk - DİQQƏT

Səhiyyə müfəttişləri “ekstremal gözəllik” prosedurlarından narahatdır. Simsar.az xəbər verir ki, beynəlxalq Səhiyyə Mərkəzinin yaydığı açıqlamada bildirilir ki, ildən-ilə insanlar gözəl görünmək üçün daha çox təhlükəli və tez başa gələn prosedurlara müraciət edirlər. “Onlardan çoxu təhlükəli və ağrılı olsa da onlara tələbat artır. Əsasən SPA-salonlarda tətbiq olunan bu təhlükəli prosedurlar Çindən gəlib. Məsələn ilan balığı ilə pedikür çox məşhurdur. Tətbiq olunan bu prosedur zamanı ayaqlar ilan balıqları olan suya salınır. Bunun üçün bu balıqlar xüsusi olaraq yetişdirilir. Onların uzunluğu təxminən bir qələm uzunluğu qədər olur”. 

Səhiyyə müfəttişləri bu cür prosedurlarda zərər çəkənlər haqqında danışıblar. Rəsmi şəxs deyib: “Prosedurlardan birində ilan balığı müştərinin böyrəyinə daxil olub. Onu çıxardmaq üçün 3 saatlıq əməliyyat aparılıb”. Tərkibində formaldehid olan “saç bərkidici” şampun və saç maskaları insanlara xeyirdən çox ziyan verir. Səhiyyə müfəttişləri bildiriblər ki, hazırda “saç bərkidici” vasitələrin çoxunda formaldehid lazım olan miqdardan qat-qat çoxdur. Səhiyyə müfəttişləri insanları ehtiyatlı olmağa və gözəllik xatirinə özlərini məhv etməməyə çağırıb.

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!