4 Noyabr, 2013
Apple” şirkətinin vitse-prezidenti istefa verdi

Simsar.az xəbər verir ki, “Apple” şirkətinin “iOS” əməliyyat sistemi bölməsinin texniki məsələlər üzrə vitse-prezidenti Henri Lamire “iOS 7” işə salınandan bir neçə həftə sonra vəzifəsini tərk edib.

“Apple”da 1990-cı ildə fəaliyyətə başlayan H.Lamire bir vaxtlar “iOS” rəhbəri Skott Forstolla orijinal “iPhone” modelinin hazırlanmasında çox sıx əməkdaşlıq edib.

Onun adına vizual səsli poçt daxil olmaqla 5 patent qeydiyyatdan keçirilib. Son vaxtlar o, şirkətdə bütün proqram təşəbbüslərinə məsul olan Kreyq Federiqinin rəhbərliyi altında çalışıb.

Keçmiş vitse-prezident “iOS 7” işə salındıqdan sonra işdən getməyi planlaşdırıb. Onun işdən getməsi həm şirkət daxilində, həm də ondan kənarda hiss olunacaq.

H.Lamireni “iOS”-un aparıcı mühəndisi vəzifəsində kimin əvəz edəcəyi hələ ki məlum deyil.

Aynur

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!